ÇÁRA – RF-nin Baykalarxası diyarı, İrkutsk vil. və Saxa (Yakutiya) Resp.-nda çay. Olyokmanın (Lena hövzəsi) sol qolu. Uz. 851 km, hövzəsinin sah. 87,6 min km2. Kodar silsiləsindən başlanır. Astanalıdır. Qa rışıq mənbədən qidalanır. Maydan sentyabradək gursuludur. Tokko k. yaxınlığında orta su sərfi 624 m3/san-dir. Oktyabrdan mayadək donmuş olur. Əsas qolları: Juya, Tokko. Gəmiçiliyə yararlıdır. Hövzəsində Udokan filiz rayonu yerləşir. Ç.-nın yuxarı axını boyu Baykal–Amur magistralı keçir.
Чара чайы.