ÇARDAQLI – Azərb. Resp. Tərtər r-nunda kənd. Çardaqlı ə.d.-nin (Çardaqlı, Lüləsaz, Meqrelalay k.-ləri daxildir) mərkəzi. R-n mərkəzindən 25 km c.-q.-də, dağ ətəyindədir. Əh. 1452 (2011); işğaldan (1993, may) əvvəl əkinçilik və maldarlıqla məşğul olmuşdur. Orta məktəb, mədəniyyət evi, tibb məntəqəsi var idi.