ÇARHAN – Azərb. Resp. Şamaxı r-nunda palçıq vulkanı. Eyniadlı kəndin yaxınlığındadır. 140-dək sopka, salz və qrifonu var. Qaz, palçıq və neft ayırır. Sopka və qrifonlar ensiz (40–50 m) bir zolaq şəklində ş.-dən q.-ə 100–120 m məsafədə uzanır. Sopkaların ətrafında kiçik qırlı sahələr var. Ç. palçıq vulkanı tektonik cəhətdən Mədrəsə–Çarhan antiklinalının c.-ş. periklinalının pozulmuş tağı ilə əlaqədardır.