ÇARHAN – Azərb. Resp. Şamaxı r-nunda kənd. Çarhan ə.d.-nin (Çarhan, Nüydi, Sabirli k.-ləri daxildir) mərkəzi. R-n mərkəzindən 9 km c.-da, Ləngəbiz silsiləsinin ətəyindədir. Əh. 2919 (2011); üzümçülük, taxılçılıq və heyvandarlıqla məşğuldur. Tam və ümumi orta məktəb, uşaq bağçası, mədəniyyət evi, kitabxana, tibb məntəqəsi var.