ÇARXAÇU – Azərb. Resp. Quba r-nunun Xaltan ə.d.-ndə kənd. R-n mərkəzindən 75 km c.-ş.-də, Çarxaçu çayının (Gilgilçayın qolu) sahilində, dağ ətəyindədir. Əh. 233 (2011); heyvandarlıq, əkinçilik və bağçılıqla məşğuldur. Ümumi orta məktəb, kitabxana var.