ÇARXI – Azərb. Resp. Xaçmaz r-nunda kənd. Çarxı ə.d.-nin (Çarxı, Xanlıqoba k.-ləri daxildir) mərkəzi. R-n mərkəzindən 12 km c.-ş.-də, Bakı–Moskva d.y. xəttində st., Samur-Dəvəçi ovalığındadır. Əh. 3131 (2011); maldarlıq, əkinçilik və bağçılıqla məşğuldur. Tam orta məktəb, 2 ümumi orta məktəb, xəstəxana, 2 klub, kitabxana var.