ÇARIN, Şarın (yuxarı axınında – Şolkodağs u, orta axınında – Kegen) – Qa- zax.-da, Almatı vil.-ndə çay. İli çayının sol qolu. Uz. 427 km, hövzəsinin sah. 7720 km2. Ketmen silsiləsinin c. yamacından başlanır, aşağı axınında qollara bölünür. Qar və qrunt suları ilə qidalanır. Mənsəbindən 84 km məsafədə orta su sərfi 35,4 m3/san-dir. Noyabr–fevraldan mart–aprelin əvvəllərinədək donmuş olur. Suvarmada istifadə olunur.
Чарын чайы.