ÇATAX – Azərb. Resp. Tovuz r-nunda kənd. Çatax ə.d.-nin (Çatax, Cirdək, Hacılar, Kazımlı, Qandalar, Qoşa, Muncuqlu, Pələkli, Şıxheybət k.-ləri daxildir) mərkəzi. R-n mərkəzindən 40 km c.-da, Tovuz – Böyük Qışlaq avtomobil yolu kənarında, dağ ətəyindədir. Əh. 3300 (2011); əkinçilik və heyvandarlıqla məşğuldur. 2 tam orta məktəb, ümumi orta məktəb, 3 kitabxana, 2 klub, ATS, tibb məntəqəsi, poçt var.