ÇÁTEM (Chatham) – Sakit okeanının şm.-ş.-ində, Aleksandr arxipelaqında boğaz. Baranov və Çiçaqov a-rını Kuyu və Admiralti a-rından ayırır. Uz. 203 km, eni 7–25 km, dərinliyi 530–691 m-dir. Sahilləri hündür (1000 m-ədək), dik, sıldırımlıdır. Qabarma axınlarının sürəti 2 km/saatadəkdir. 1741 ildə rus dəniz səyyahı A.İ. Çirikov tərəfindən kəşf edilmişdir.