ÇATIR KÖRPÜSÜ – İrəvan qub.-nda Şərur-Dərələyəz qəzasının (15.10.1931 ildən Keşişkənd, 3.1.1935 ildən Mikoyan, 6.12.1957 ildən Yeğeqnadzor r-nu) Alxanpəyəsi k.-ndə körpü. 1666 ildə salınmışdır; yonulmuş daşlardan sütunsuz (dirəksiz) tikilmiş körpünün uzunluğu təqr. 10 m, eni 4–5 m idi.