ÇATIRDAĞ – Ukraynada, Krım d-rının Baş silsiləsində platoyabənzər massiv. Aluşta ş.-ndən şm.-q.-dədir. Uz. təqr. 8 km, hünd. 1527 m-ədəkdir. Əhəngdaşından ibarətdir; karst relyef formaları yayılmışdır. Yamaclarında fıstıq, vələs və şam meşələri var. Ç. Krım qoruq-ovçuluq təsərrüfatı hüdudla- rındadır. Ş.-indən Anqar-Boğaz aşırımı (762 m) keçir.
Чатырдаь.