ÇATIRGÖL, Чатыр-Кюл – Qırğızıstanda, Mərkəzi Tyanşanda axarsız göl. Atbaşı (şm.-da) və Toruqarttau (c.-da) silsilələri arasındakı çökəklikdə 3530 m hünd.-dədir; tektonik mənşəlidir. Sah. 160 km2, uz. 22 km, dərinliyi 20,4 m-ədəkdir. Şirinsuludur (ş. hissəsində duzludur). Dekabrdan aprelədək buzla örtülü olur. Əsasən, qar suları ilə qidalanır. Sahillərində çoxsaylı donuşluq relyef formaları, mineral su bulaqları var.
Чатырэюл.