ÇATKÁL DAĞ-MEŞƏ QORUĞU – Özb.-da, Çatkal silsiləsinin q. ətəklərində, 4000 m yüksəklikdə yerləşir. Daşkəndin 70 km-liyindədir. Başqızılsay və Maydantal sahələrindən ibarətdir. Ümumi sah. 35,7 min ha-dır. 1947 ildə Qərbi Tyanşanın dağmeşə və çəmən təbii komplekslərini öyrənmək və qorumaq məqsədilə yaradılmışdır. Buradakı tuqay meşələrində tozağacı (Maydantal sahəsi) söyüd və qovaq ağacları (Başqızılsay sahəsi) üstünlük təşkil edir. Faunası dağ keçisi, qaban, cüyür, ayı, canavar, tülkü, porsuq, dələ, kəklik, ular, keçəl kərkəs, toğlugötürən, quzğun və s.-dən ibarətdir; qar bəbiri və Menzbira marmotuna rast gəlinir. Tereksay çayı sahillərində qədim qayaüstü rəsmlər aşkar olunmuşdur.