ÇATKÁL DƏRƏSİ – Qərbi Tyanşanda (Qırğ.), Çatkal çayının yuxarı axınında dərə. Pskem və Sandalaş silsilələri (şm.-q.-də) ilə Çatkal silsiləsi (c.-ş.-də) arasındadır. Şm.-da Talas Alatausu ilə sərhədlənir. Hünd. aşağı hissədə 1000 m, yuxarı hissədə 2500 m-dir. Dibində və yamaclarında çöllər, qoz və ardıc meşələri, dağ otlaqları var.