ÇATLAR – süxurlarda, demək olar ki, cüzi və ya heç bir yerdəyişmə yaratmayan qırılmalar. Ç. mənşəyinə görə tektonik (tektoklazlar) və qeyri-tektonik olurlar. Tektonik çatlar inkişafda olan strukturların daxilində baş verən deformasiyalarla sıx əlaqədə olur. Qeyri-tektonik çatlar, əsasən, gec diagenez və epigenez prosesləri ilə bağlıdır. Yer üzərinə çıxan süxurlarda, dağ-mədən qazımalarında, kernlərdə adi gözlə müşahidə edilən Ç. makroçat, eni 3 sm-dən az olan Ç. klivaj çatları adlanırlar. Ç. əmələ gəlməsinə səbəb olan mexaniki təsirlərdən asılı olaraq aralanma, əyilmə, qırılma, sadə, ümumi və s. ayrılır.