ÇATMA, Çatmadağ – İrəvan xanlığı Vedibasar mahalının (9.9.1930 ildən Vedi, 15.5.1968 ildən Ararat r-nu) Millidərə bölgəsində, Çatmadağda azərb.-ların yaşadığı kənd. 1863 ildə Vedibasar mahalının Kiçik Vedi k.-ndən köçüb gəlmiş ailələr tərəfindən salınmışdır. Uzun müddət Çatmadağ k. adlanmışdır. 1918–20 illərdə kənd erməni daşnaklarının hücumlarına məruz qalmış, dağıdılmış, əhalisi qovulmuşdur. 1922 ildə əhalinin bir hissəsi geri qayıtmış və bu zaman kəndə yeni köçmüş müsəlman kürdləri ilə yanaşı yaşamışdır. 1930-cu illərdə kənd ləğv edilmiş, əhalisi Vedi və Qəmərli r-nlarının kəndlərinə köçüb getməyə məcbur olmuşdur.