ÇÁUN QUBASI – Şərqi Sibir dənizinin ş.-ində körfəz. Dənizlə əlaqəsi Orta və Kiçik Çaun boğazları ilədir. Uz. 150 km, eni 100 km, maks. dərinliyi 25 m-dir. Q. sahili ovalıq, ş. sahili nisbətən hündürdür. Körfəzə dənizdən girişi Ayon və Çenkul a-rı bağlayır. Çoxlu xırda çay tökülür. Yay aylarında dəniz axınlarının yüksək enliklərdən gətirdiyi çoxillik buzlar körfəzin girəcəyində üst-üstə yığılaraq Ayon buz massivini yaradır. Ş. sahilində Pevek portu var.