ÇAY – təbii yataqla axan, hövzəsindəki səth axımı və yeraltı axımla qidalanan su axını.
Ümumi məlumat. Hər bir Ç. uzunluğu, eni, hövzəsinin sahəsi, dərinliyi, meyilliyi, səviyyəsi, axın sürəti, su sərfi, suyun kimyəvi tərkibi və s. ilə səciyyələnir. Ç.-ın başlandığı yerə çay mənbəyi, dənizə, gölə töküldüyü və ya digər Ç.-la birləşdiyi yerə çay mənsəbi deyilir. Bəzi Ç.-ların mənsəbində delta, estuari və bar əmələ gəlir. Bilavasitə okeana, dənizə, gölə tökülən, yaxud qumluqlarda və bataqlıqlarda itənlər əsas Ç., buna birləşənlər çay qolu adlanır. Ç.-dan ayrılan qollar (bax Bifurkasiya) da olur (məs., Kürdən ayrılan qol – Bala Kür yaxud Aquşa). Əsas Ç. bütün qolları ilə birlikdə çay sistemi əmələ gətirir. Suayırıcılarla bir- birindən ayrılan Ç. sisteminin sutoplayıcı sahəsi çay hövzəsi adlanır. Ç., adətən, mənfi relyef formalarından – dərələrdən axır ki, bunun da ən alçaq yerinə çay yatağı, gur- sulu dövrdə dərənin dibinin su ilə dolan hissəsinə subasar deyilir. Ç.-ın mənbəyi və mənsəbi arasındakı hünd. fərqi çayın düşməsi, düşmənin Ç.-ın uzunluğuna nisbəti isə çayın meyilliyi adlanır və % yaxud ‰ – lə ifadə olunur. Relyefdən asılı olaraq Ç.-lar iki böyük qrupa – dağ və düzənlik Ç.-larına bölünür. Dağ Ç.-ı böyük meyilliyi, iti axını, dar dərəsi, düzənlik Ç.-ı isə yatağın, adətən, meandrlı olması ilə fərqlənir. Yer kürəsi səthində Ç.-lar qeyri-bərabər paylanmışdır.
Yerin əsas suayırıcısı materiklərin səthini Atlantika-Arktika (axımları Atlantika və Şimal Buzlu okeanlarına daxil olur) və Sakit okean (axımları Sakit və Hind okeanlarınadır) hövzələrinə bölür. Birinci hövzədə axımın həcmi ikinciyə nisbətən xeyli çoxdur. Ç. şəbəkəsinin sıxlığı və axımın istiqaməti müasir təbii şəraitdən asılıdır, lakin müəyyən qədər əvvəlki geol. epoxaların cizgilərini saxlamaqdadır. Ekvatorial qurşaqda Ç. şəbəkəsi daha sıxdır; burada dünyanın Amazon, Konqo kimi ən iri çayları axır. Tropik və mülayim qurşaqlarda da, xüsusən dağlıq r-nlarda (Alp, Qafqaz, Qayalı dağlar və s.), sıxlıq qalmaqdadır. Səhralarda Ç.-lar epizodik axımlıdır; yalnız qarların əriməsi və intensiv yağışlar zamanı gursulu olurlar.
Su rejimi. Ç.-ların su rejiminin əsas xüsusiyyətləri səviyyə və su sərfidir. Bunların dəyişkənliyi başlıca olaraq Ç.-ın qidalanmasından və onun axdığı yerin şəraitindən asılıdır. Ç.-lar Yer kürəsində su dövranının mühüm həlqəsidir. Şirin su ehtiyatlarının quruda paylanması və suyun dünya okeanına qaytarılması Ç.-lar vasitəsilədir. Dünya Ç. yataqları suyunun həcmi təqr. 1200 km3- dir; bu həcm il ərzində 33 dəfə (11 sutkadan bir) dəyişir və nəticədə il ərzində dünya okeanına 38,8 min km3 Ç. suyu tökülür. Ç.- ların qida mənbəyi, əsasən, yağış, qar və buzlaq, qismən yeraltı sulardır. Təbiətdə bir mənbədən qidalanan Ç., demək olar ki, yoxdur; qidalanma bu və ya digər mənbənin üstünlüyü ilə qarışıq mənbədəndir. Əsasən, yağış suları ilə qidalanan ekvatorial qurşaq Ç.-ları il boyu ən gursulu Ç.-lardır. Tropik qurşaq Ç.-ları da, əsasən, yağış suları ilə qidalanır. Burada sululuq mövsümü xarakter daşıyır; rütubətli dövrdə (6–9 ay) Ç.-lar gursulu, yay aylarında (3 ay) isə az sulu olurlar. Subtropik qurşağın Aralıq dənizi tip Ç.-ları, əsasən, orta və az suludur; qış
axımları üstünlük təşkil edir. Bu qurşağın ş. okeansahili sektorlarında və Cənub- Şərqi Asiyanın bunlara bitişik geniş ərazilərində Ç.-ların sululuğu musson yağışları ilə əlaqədardır; yayda nisbətən sulu, qışda az suludurlar. Şimal yarımkürəsinin mülayim qurşağ Ç.-ları üçün yaz yüksəksululuğu səciyyəvidir. Dağ Ç.-ları xüsusi su rejimi ilə fərqlənir. Onların qidalanması və sululuğu yüksəklik qurşaqları ilə əlaqədardır. Quru ərazisinin 1/4-indən axan Ç.-larda buz hadisəsi olur (Şimal yarımkürəsi). Şərqi Sibir Ç.-larında buz örtüyü (qalınlığı orta hesabla 1,5–2 m) 9–10 ay davam edir.