ÇAY RELYEF FORMALARI – həm müvəqqəti, həm də daimi axarlı suların yaratdığı erozion və akkumulyativ relyef formaları. Bura müxtəlif tip dərələr (bax Dərə), erozion çıxıntı və yamaclar (bunlar həmçinin qravitasiya prosesləri nəticəsində də yaranır), terraslar, subasarlar, astanalar, şəlalələr, deltalar, gətirmə konusları aiddir.