ÇAY YATAĞI – gursulu dövrlər arasındakı müddət ərzində çay dərəsinin su axan ən alçaq hissəsi. Vaxtaşırı və ya epizodik olaraq quruyan çay dərələrində quru Ç.y.-ları yaranır. Düzənlik çaylarının yatağı əyri- üyrü olur, daha dərin sahələrlə bərabər bir qədər dayaz hissələrin olması ilə xarakterizə edilir. Dağ çaylarının yatağı isə nisbətən düz olur, şəlalələr və astanalar xarakterikdir, iri çay daşları ilə qalaqlanmış olur. Böyük Ç.y.-nın eni bir neçə km-ə çatır.