ÇAYIN DÜŞMƏSİ – çayın mənbə və mənsəbi yaxud uzunluğu boyu hər hansı iki nöqtəsi arasında su səviyyəsinin hündürlük fərqi. Hər hansı bir sahədə Ç.d.-nin həmin sahədə çayın məcrasının uzunluğuna olan nisbətinə meyillilik deyilir. Adətən çay məcrasının 1 km-lik uzunluğuna uyğun gələn düşmə hesablanır. Tipik düzənlik çayları üçün bu 1 km-ə bir neçə sm, dağ çayları üçün 1 km-ə bir neçə m təşkil edir.