ÇAYKƏND – Azərb. Resp. Göygöl r-nunda kənd. Çaykənd ə.d.-nin mərkəzi. R-n mərkəzindən 20 km c.-da, Kürək çayının sahilində, dağ ətəyindədir. Əh. 2284 (2011); əkinçilik və heyvandarlıqla məşğuldur. Tam və ümumi orta məktəb, mədəniyyət evi, uşaq bağçası, xəstəxana, 2 kitabxana var.