ÇAYKƏND – İrəvan qub.-nın Şərur-Dərələyəz qəzasında (15.10.1931 ildən Paşalı, 12.10.1956 ildən Əzizbəyov, 19.4.1991 ildən Vayk r-nu), Arpa çayının yaxınlığında azərb.-ların yaşadığı kənd. 1918 ildə kənd erməni daşnakları tərəfindən dağıdılmış, əhalisi qovulmuşdur. 1922 ildə qaçqın əhalinin bir hissəsi geri qayıtmış və kəndi bərpa etmişlər. Lakin 1949 ildə kəndin əhalisi yenidən deportasiya olunmuş və Azərb.-ın, əsasən, Yevlax və Tərtər r-nlarına köçürülmüşdür, kəndin təsərrüfatı isə Terp k.-nə birləşdirilmişdir.