ÇAYKƏND – Azərb. Resp. Kəlbəcər r-nunda kənd. Çaykənd ə.d.-nin (Çaykənd, Kəndyeri, Qasımlar, Mişni, Rəhimli k.-ləri daxildir) mərkəzi. R-n mərkəzindən 7 km şm.-ş.-də, Tərtər çayının sahilində, dağ ətəyindədir. Əh. 615 (2011); işğaldan (1993, aprel) əvvəl heyvandarlıq və tütünçülüklə məşğul olmuşdur. Orta məktəb, uşaq bağçası, kitabxana, mədəniyyət evi, feldşer-mama məntəqəsi var idi.