ÇAYQARAQOYUNLU – Azərb. Resp. Şəki r-nunun Turan ə.d.-ndə kənd. R-n mərkəzindən 45 km c.-da, Əlican çayının sahilində, dağətəyi düzənlikdədir. Əh. 1665 (2011); heyvandarlıq və əkinçiliklə məşğuldur. Ümumi orta məktəb, kitabxana, klub, feldşer-mama məntəqəsi var.