ÇAYQOVUŞAN – Azərb. Resp. Kəlbəcər r-nunun Ağdaban ə.d.-ndə kənd. R-n mərkəzindən 28 km şm.-ş.-də, Buzluq və Ağdaban çayları arasında, Murovdağ silsiləsinin c. ətəyindədir. Əh. 505 (2011); işğaldan (1993, aprel) əvvəl heyvandarlıq və bağçılıqla məşğul olmuşdur. Orta məktəb, uşaq bağçası, klub, kitabxana, mədəniyyət evi, feldşer-mama məntəqəsi var idi.