ÇAYLAQQALA – Azərb. Resp. Xocavənd r-nunda kənd. Çaylaqqala ə.d.-nin (Çaylaqqala, Arpagədik, Petrosaşen k.-ləri daxildir) mərkəzi. R-n mərkəzindən 90 km c.-q.-də, Qarabağ silsiləsindədir. Əh. 62 (2011); işğaldan (1992, oktyabr) əvvəl maldarlıqla məşğul olmuşdur. Orta məktəb, klub, kitabxana, tibb məntəqəsi var idi.