ÇAYLI – Azərb. Resp. Qazax r-nunda kənd. Çaylı ə.d.-nin (Çaylı, Kommuna k.- ləri daxildir) mərkəzi. R-n mərkəzindən 8 km şm.-q.-də, düzənlikdədir. Əh. 7220 (2011); heyvandarlıq və əkinçiliklə məşğuldur. 2 tam orta məktəb, uşaq bağçası, 2 kitabxana, klub, mədəniyyət evi, tibb məntəqəsi var.