ÇAYLI (2005 ilədək Fioletovka) – Azərb. Resp. Biləsuvar r-nunda kənd. Çaylı ə.d.- nin mərkəzi. R-n mərkəzindən 7 km şm.-q.- də, Əzizbəyov adına kanalın kənarında, Biləsuvar–Bəhramtəpə avtomobil yolundan 6 km aralı, Muğan düzündədir. Əh. 2209 (2011); əkinçilik və heyvandarlıqla məşğuldur. Tam orta məktəb, feldşer-mama məntəqəsi, kitabxana, poçt, ATS var.