ÇAYLI – Azərb. Resp. Göygöl r-nunda kənd. Çaylı ə.d.-nin mərkəzi. R-n mərkəzindən 27 km ş.-də, Kürək çayının sahilində, dağ ətəyindədir. Əh. 910 (2011); əkinçilik və heyvandarlıqla məşğuldur. Tam orta məktəb, mədəniyyət evi, tibb məntəqəsi, kitabxana var.