ÇAYLI – Azərb. Resp. Tərtər r-nunda kənd. Çaylı ə.d.-nin (Çaylı, Suqovuşan, Təpəkənd k.-ləri daxildir) mərkəzi. R-n mərkəzindən 10 km c.-q.-də, Tərtər çayının sahilində, dağ ətəyindədir. Əh. 162 (2011); işğaldan (1993, iyun) əvvəl əkinçilik və maldarlıqla məşğul olmuşdur. Orta məktəb, uşaq bağçası, klub, xəstəxana var idi.