ÇAYRƏSULLU – Azərb. Resp. Gədəbəy r-nunda kənd. Çay Rəsullu ə.d.-nin (Çay Rəsullu, Bəydəmirli, Turşsu k.-ləri daxildir) mərkəzi. R-n mərkəzindən 50 km şm.-q.-də, Axınca çayının sahilində, dağ ətəyindədir. Əh. 914 (2011); heyvandarlıq və əkinçiliklə (kartofçuluq) məşğuldur. Tam orta məktəb, klub, 2 kitabxana, yanğından mühafizə məntəqəsi var.