ÇAYRUD – Azərb. Resp. Lerik r-nunda kənd. Çayrud ə.d.-nin (Çayrud, Andurma, Anzolu, Piyəkücə, Rvarud, Təngəbin k.- ləri daxildir) mərkəzi. R-n mərkəzindən 17 km c.-ş.-də, Peştəsər silsiləsinin ətəyindədir. Əh. 1967 (2011); heyvandarlıq və əkinçiliklə məşğuldur. Tam və ümumi orta məktəb, uşaq bağçası, kitabxana, mədəniyyət evi, xəstəxana var.