ÇAYTUMAS – Azərb. Resp. Qubadlı r-nunun Həmzəli ə.d.-ndə kənd. R-n mərkəzindən 24 km c.-ş.-də, Həkəri çayının sol sahilindədir. Əh. 694 (2011); işğaldan (1993, avqust) əvvəl heyvandarlıq və əkinçiliklə məşğul olmuşdur. Orta məktəb, kitabxana, mədəniyyət evi var idi.