ÇAYÜZÜ – Azərb. Resp. Yardımlı r-nunda kənd. Çayüzü ə.d.-nin (Çayüzü, Avur, Dağüzü, Nisəqələ k.-ləri daxildir) mərkəzi. R-n mərkəzindən 5 km c.-q.-də, Viləş çayının sahilində, Peştəsər silsiləsinin şm.-ş. ətəyindədir. Əh. 932 (2011); əkinçilik və heyvandarlıqla məşğuldur. Tam orta məktəb, uşaq bağçası, kitabxana, klub, tibb və rabitə məntəqələri var. Mehdi Hüseynzadənin büstü qoyulmuşdur.