ÇOL – Çinin şm.-ş.-ində çay. Nentszyan çayının (Sunqari hövzəsi) sağ qolu. Uz. 610 km, hövzəsinin sah. təqr. 24 min km2. Böyük Xinqan d-rından başlanır, dağlıq ərazidən keçib, aşağı axınında Sunlyao düzənliyi ilə axır. İki qolla Nentszyan çayına tökülür. Yaz və yay aylarında gursulu olur. Ortaillik su sərfi təqr. 70 m3/san-dir. 5–6 ay donmuş olur. Ağac axıdılır; aşağı axını kiçik gəmilər üçün yararlıdır.