ÇOLPÓNATA – Qırğızıstanda, İssıkkul vil.-ndə şəhər. İssıkkul r-nunun mərkəzi. İssıkkul gölünün şm. sahilində, 1610–1640 m hünd.-də, Bişkek ş.-ndən 255 km, Balıqçı d.y. st.-ndan 75 km ş.-də yerləşir. İqlim və balneolojipalçıq kurortudur. Yayı isti (orta tempr iyulda 17°C), qışı yumşaq (orta tempr yanvarda –3°C) keçir. İllik yağıntı 250 mm. Sinir sistemi, dayaq və hərəkət orqanları xəstəlikləri müalicə olunur. Süd kombinatı, tarixdiyarşünaslıq muzeyi var.