ÇOMAXTUR, Comartı – Azərb. Resp. Şərur r-nunda (Nax. MR) kənd. Çomaxtur ə.d.-nin mərkəzi. R-n mərkəzindən 1 km c. q.-də, Şərur düzündədir. Әh. 3650 (2011); üzümçülük, yemçilik, taxılçılıq, tərəvəzçilik və heyvandarlıqla məşğuldur. Tam orta məktəb, mədəniyyət evi, kitabxana, tibb məntəqəsi, baytarlıq məntəqəsi, poçt var. Vaxtilə kənd Comərdi adlanırdı.