ÇÓNA – RF-də, Saxa (Yakutiya) Resp. və İrkutsk vil.-ndə çay. Vilyuy çayının (Lena hövzəsi) sağ qolu. Uz. 802 km, hövzəsinin sah. 40,6 min km2. Orta Sibir yaylası ilə axır, Vilyuy su anbarına tökülür. Qar və yağış suları ilə qidalanır. Ortaillik su sərfi təqr. 125 m3/san-dir. Oktyabrdan mayadək donmuş olur.
Чона чайы.