ÇONDÓN – RF-də, Saxa (Yakutiya) Resp.-nda çay. Uz. 606 km, hövzəsinin sah. 18,9 min km2. Selennyax silsiləsinin yamaclarından başlanır, Yanaİndigirka ovalığı ilə axır, Laptevlər dənizinin Çondon körfəzinə tökülür. Yağış və qar suları ilə qidalanır. Sentyabrın sonu–oktyabrın əvvəlindən iyunadək donmuş olur. Ç. hövzəsində ümumi sah. 497 km2 olan 6,5 mindən çox göl var. Mənsəbi balıqla (ziyad balığı, nelma, çil qızılbalıq, maksun) zəngindir.