ÇÓNOS ARXİPELAQI – Sakit okeanda, Cənubi Çili sahillərində çoxlu adadan (Melçor, Ceyms və s.) ibarət arxipelaq. 44°c.e. ilə Taytao y-a arasındadır. Materikdən Moraleda boğazı ilə ayrılır. Hünd. 1680 m-ədəkdir. Qarışıq həmişəyaşıl meşələr yayılmışdır. Balıq ovlanır.