ÇOPUR ӘLİ – İrəvan xanlığının Dərəçiçək mahalında (9.9.1930 ildən Axta, 30.6.1959 ildən Razdan r-nu) azərb.-ların yaşadığı kənd. Qorçulu və Dədəqışlaq kəndləri arasında yerləşirdi. 19 əsrin əvvəllərində Rusiyanın İrəvan xanlığına hücumu zamanı kənd tamamilə dağıdılsada, bir müddət sonra azərb. əhali tərəfindən yenidən məskunlaşdırılmışdır. Lakin az sonra azərb.-lar kənddən qovulmuşdur.