ÇOPURLU – Azərb. Resp. Kəlbəcər r-nunun Qızılqaya ə.d.-ndə kənd. R-n mərkəzindən 22 km şm.-ş.-də, Lev çayının (Tərtər çayının qolu) sahilində, Murovdağ silsiləsinin ətəyindədir. Әh. 345 (2011); işğaldan (1993, aprel) əvvəl heyvandarlıq və bağçılıqla məşğul olmuşdur. Orta məktəb, uşaq bağçası, mədəniyyət evi, klub, kitabxana, feldşermama məntəqəsi var idi.