ÇORLU, X a r a b a B o s t a n ç ı – İrəvan qub.-nın Aleksandropol (Gümrü) qəzasında (31.12.1937 ildən Qızılqoç, 4.1.1938 ildən Verin Qukasyan, 12.10.1956 ildən Qukasyan r-nu), Arpaçayın sahilində azərb.-ların yaşadığı kənd. 19 əsrin 70-ci illərində kəndin azərb. əhalisi qovulmuş, kənddə ermənilər yerləşdirilmişdir. 12.11.1946 ildə kəndin adı dəyişdirilərək Lernatsk, 21.10. 1967 ildə isə yenidən dəyişdirilərək Lernagyuğ qoyulmuşdur.