ÇORMAN – Azərb. Resp. Laçın r-nunun Şamkənd ə.d.-ndə kənd. R-n mərkəzindən 70 km şm.-q.-də, Qarabağ silsiləsinin c.-q. ətəyində, Piçənis çayının (Şəlvənin sol qolu) sahilindədir. Әh. 332 (2011); işğaldan (1992, may) əvvəl əkinçilik, bağçılıq, bostançılıq, heyvandarlıq və arıçılıqla məşğul olmuşdur. Orta məktəb, mədəniyyət evi, kitabxana, çörəkbişirmə sexi var idi.