ÇORMANLI – Azərb. Resp. Kəlbəcər r-nunun Vəngli ə.d.-ndə kənd. R-n mərkəzindən 50 km c.-ş.-də, Xaçın çayının sahilində, Qarabağ silsiləsinin şm.-ş. yamacındadır. Әhalisi işğaldan (1993, aprel) əvvəl heyvandarlıq və tütünçülüklə məşğul olmuşdur.