ÇORÓX, Ç o r u x (türkcə Ç o r u h) – Türkiyə və Gürc.-da çay. Uz. 466 km (aşağı axını – 24 km-i Gürc. ərazisindədir), hövzə sinin sah. təqr. 20 min km2. Məscid d.-ndan (3230 m) başlanır. Şərqi Pont d-rı və Məscid silsiləsi arası ilə axaraq Batumi ş. yaxınlığında Qara dənizə tökülür. Yağış və qar suları ilə qidalanır. Ortaillik su sərfi 202 m3/san; aprel–may aylarında gursuludur. Suvarmada istifadə edilir. Ağac axıdılır. Bayburt ş. (Türkiyə) Ç. sahilindədir. SES var.
Чорох чайы. Тцркийя.