ÇOTUR – İrəvan qub.-nın Aleksandropol (Gümrü) qəzasında (31.12.1937 ildən Hamamlı, 26.9.1949 ildən Spitak r-nu ərazisində), Daşbulaq çayının kənarında azərb.-ların yaşadığı kənd. 19 əsrin əvvəllərində Rusiyanın İrəvan xanlığına hücumu zamanı kəndin azərb. əhalisi sıxışdırılıb çıxarılmış və kənddə İrandan, Türkiyədən köçürülmüş ermənilər yerləşdirilmişdir. 26.4.1946 ildə kəndin adı dəyişdirilərək Sarameç qoyulmuşdur.