ÇOVDAR – Azərb. Resp. Daşkəsən r-nun da kənd. Çovdar ə.d.-nin (Çovdar, Çaykənd k.-ləri daxildir) mərkəzi. R-n mərkəzindən 30 km şm.-da, dağ ətəyindədir. Әh. 526 (2011); heyvandarlıq, bağçılıq və kartof çuluqla məşğuldur. Tam orta məktəb, mədəniyyət evi, kitabxana, tibb məntəqəsi var. Çovdar barit və qızıl yataqları kəndin yaxınlığındadır.