ÇOVĞUN – qarın yer səthi üzərində külək vasitəsilə bir yerdən başqa yerə sovrulması. Küləyin aşağı sürətində (5 m/san-yədək) qar dənəcikləri səthdən bir neçə sm-ədək qalxır; sürət artdıqca (10 m/san-yədək) dənəciklər 2 m-ədək və daha yuxarı qalxaraq görüntünü azaldır (100 m-ədək). Güclü Ç.-lara Avrasiyanın şm.-ında, Şimali Amerikada, Antarktida və Arktikada rast gəlinir. Şiddətli külək və alçaq tempr şəraitində baş verən Ç. boran adlanır.